Amerikalı model Sara Steyc 9 aylıq hamilə olmasına baxmayaraq, öz bədən quruluşu ilə görənləri təəccübləndirir.
Sosial şəbəkədə fotolarını paylaşan 33 yaşlı modelin bir neçə gün sonra doğuşa girəcəyinə heç kim inanmırlar. Sara xüsusi pəhriz saxladığını və bu hamilə olmasına baxmayaraq hər gün idmanla məşğul olduğunu qeyd edib. Xatırladaq ki, bu, Saranın ikinci hamiləliyidir. O, hazırda 2 yaşı olan oğluna hamilə ikən də ideal bədən quruluşu ilə gündəm olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.