Balakəndə bir ailənin 5 üzvü qidadan zəhərlənib. Cia.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Balakən rayonu Bedağar kənd sakinləri- 1953-cü il təvəllüdlü Xədicə Xelimohuma qızı Mollayeva, onun gəlinləri-1989-cu il təvəllüdlü Gülnar Ramiz qızı Süleymanova, 1984-cü il təvəllüdlü Aliyə Bəxtiyar qızı Osmanova və nəvələri-6 yaşlı Xumar Qasım qızı Mollayeva, 4 yaşlı Xəyalə Qasım qızı Mollayeva zəhərlənmə əlamətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.
MRX-dan bildirilib ki, zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olan bir ailənin beş üzvündən Xədicə Mollayeva, Gülnar Süleymanova və Aliyə Osmanova xəstəxananın qəbul şöbəsinə, azyaşlılar Xumar və Xəyalə Mollayeva isə uşaq şöbəsinə yerləşdiriliblər. Müayinə zamanı məlum olub ki, yaşadıqları ünvanda nahar yeməyində müxtəlif növ qidalar qəbul etdikdən bir qədər sonra onlarda zəhərlənmə əlamətləri müşahidə olunub.
Zəhərlənənlərin hamısına lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.