Ronaldonun 4-cü uşağının cinsiyyəti bilindi - fotolar
Futbolçu Ronaldonun hamilə sevgilisi Corcina Rodriqezin doğumuna az qalıb.
Futbolçunun körpəsinin cinsiyyəti bəlli olub. Belə ki, Corcinanın salsa rəqs müəllimi bunu təsadüfən ağzından qaçırıb. Ronaldonun qızı dünyaya gələcək. 23 yaşlı Corcina fotolarını paylaşaraq “Rəqs insanı xoşbəxt edir. Müəllimlərim Beyzi və Deysiyə mənə ilk salsa dərslərini verdikləri üçün təşəkkür edirəm. Xoşbəxtəm” yazıb. Rodriqezin statusuna cavab olaraq isə müəllimlərindən biri “Sənə salsa dərslərini öyrətdiyimiz üçün biz də çox şadıq. Bətnindəki balaca qız böyük rəqqasə olacaq” cavabını verib. Xatırladaq ki, Ronaldonun 5 yaşlı oğlu və surroqat ananın dünyaya gətirdiyi, biri qız, digəri oğlan olmaqla əkiz uşağı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.