banner
banner

Sosİal

İcra Hakimiyyəti küləyin fəsadları barədə: Ağaclar kökündən qırılıb

İcra Hakimiyyəti küləyin fəsadları barədə:

Sentyabrın 25-də gecə saatlarında Masallı rayonunda baş verən güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılıb.

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı Trend-ə açıqlamasında bildirib ki, külək rayon ərazisinə ciddi ziyan vurub.

O qeyd edib ki, gecə saatlarında güclü külək olub:

"Nəticədə şəhərin mərkəzində yaşayış binasının damı sıradan çıxıb, bir-neçə iri gövdəli ağac kökündən qırılıb. Elektrik dirəklərinin aşması nəticəsində rayonun 40 faizinin elektrik enerjisi ilə təchizatında problem yaranmışdı. Artıq işıq dirəkləri bərpa olunub və rayon ərazisinə elektrik enerjisinin verilməsi təmin edilib".

N.Muxtarlı deyib ki, binanın dam örtüyünün bir hissəsi bərpa edilib: "Hazırda rayon ərazisində küləyin fəsadlarının aradan qaldırılması ilə bağlı təmizlik işləri davam etdirilir".

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.