Doğuşdan 1 ay sonra ideal bədəni ilə heyrətləndirdi - fotolar
35 yaşlı idmançı Serena Uilyams ana olduqdan sonra əvvəlki bədən quruluşuna geri dönüb. İlk raketkası titulunun sahibi 1 aya istədiyi bədən formasını ala bilib. Serena İnstaqram səhifəsində qısa ağ donda paylaşdığı geyimi ilə bunu sübut edib. Uilyamsın şəklini görənlər idmançıya həsəd apardıqlarını bildiriblər.
Xatırladaq ki, bir müddət əvvəl Uilyams qısa müddətdə əvvəlki bədən quruluşuna qayıtmağın sirrini açıb. O bildirib ki, hamilə vaxtı və doğuşdan sonra dərhal idmanla məşğul olub.
Qeyd edək ki, Serenanın övladının atası bu yaxınlarda ailə quracağı Aleksis Ohanianyandır.
Cütlük qızlarına Aleksis Olimpiyu Ohanianyan Cunior adını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.