Bu ilin sonunadək Bakı üzrə 53 bələdiyyənin xəritəsi hazırlanacaq.
Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Qeyd olunur ki, uçot işi bitmiş 12 rayondan 8-ində rayonların hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. İlin sonuna digər 4 rayonda da (Oğuz, Balakən, Beyləqan və Zaqatala) bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşacaq.
Sumqayıt və Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin hazırlanması işi bu ilin sonuna yekunlaşacaq
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.