banner
banner

Sosİal

Maaş ala bilməyən müəllimlər şikayət edir - VİDEO

Maaş ala bilməyən müəllimlər şikayət edir

480 şagirdin təhsil aldığı Qubanın Elşad Bayramov adına Alpan kənd orta məktəbinin 42 müəllimi maddi çətinliklə üzləşiblər. Bu ilin yanvar ayının əmək haqqının gecikməsi müəllimlərin narazılığına səbəb olub. 

 

CİA.Az-ın ans press-ə istinadən məlumatına görə, müəllimin maddi çəhətdən vəziyyətinin onsuz da çox cətin olduğunu deyən müəllim Zabit Babayev bildirdi ki, müəllimin maaşı vaxtında verilməlidir.

“Borcları vaxtlı-vaxtında ödəməyəndə onların üstünə 15-20-30 manat məbləğində pul gəlir. Bu kasıbçılıq zamanında, ehtiyac insanın boğazına kimi gəlib çatıb. Bu vəziyyətdə bu qədər artıq pulu nəyə görə ödəməliyik. Kimə görə?”, – deyə müəllim Vaqif Balaqadaşov qeyd edib.

Müəllimlərin sözlərinə görə, rayonun digər məktəblərində həmkarları əmək haqlarını vaxtında alıblar. Problemin niyə bu məktəbdə olmasının səbəbləri isə onlara məlum deyil.

Alpan məktəbində olarkən direktor Rahib Qubatovu görə bilmədik, təhsil şöbəsində olduğunu dedilər. Quba təhsil şöbəsinin müdiri Loğman Müslümovu da yerində tapmadıq. Telefon əlaqəsi saxladığımız Loğman müəllim Bakıya Təhsil Nazirliyinə getdiyini deyərək faktı təsdiqlədi. Dedi ki, problem təkcə Alpan məktəbində deyil, rayonun daha 33 məktəbinin müəllimləri yanvar ayının maaşını almayıblar. 

Onun sözlərinə görə, bu, həmin məktəblərdə yeni sinif komplektlərinin yaranması və siniflərə maliyyə şöbəsindən vəsait ayrılmaması ilə əlaqəlidir. Quba Təhsil Şöbəsinin rəsmisi yaxın iki gün ərzində maaşların ödəniləcəyinə söz verdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.