Məşhur türkiyəli aktyor xanımı ilə Bakıda - fotolar
Məşhur türkiyəli aktyor Yıldıray Şahinler Bakıya gəlib.
“İçerde” serialındakı Alyanaq obrazı ilə məşhurlaşan aktyor özü ilə xanımı Gizem Şahinleri də gətirib. Cütlük Bakı gəzintisindən fotoları sosial şəbəkədə paylaşıb.
Şahinler şəkillərə “Bakı çox gözəl, gülərüz şəhərdir... Bir şəhərin küçələrində, meydanlarında ağac olarsa, uşaqları şən, insanları xoşbəxt olar. Sağ ol, yaxşı Bakı” şərhini yazıb.
Şahinlər cütlüyünün Bakı səfərinin məqsədi Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramı olub. Aktyor verilişin növbəti buraxılışında qonaq qismində çəkilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.