banner
banner

Sosİal

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR - Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR -

Ali məktəblərin bakalavr, magistratura, doktorantura pillələrinin tələbələrinə müvafiq kreditlərin verilməsi üçün “Təhsil haqqında” qanuna dəyişikliklər ediləcək. 

Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsində kredit verənlərin hüquqları, sponsorların əldə edəcəyi üstünlüklər, kredit alanın məsuliyyəti və vəzifələri əksini tapacaq.

“Artıq parlamentin Elm və təhsil komitəsinə təhsil haqlarını ödəyə bilməyən tələbələrlə bağlı qanunun hazırlanması üçün Təhsil Nazirliyindən, Gənclər və İdman Nazirliyindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın. Hesab edirəm ki, “Təhsil haqqında” qanuna ediləcək dəyişiklikləri bu ilin sonuna qədər parlamentin iclasına çıxaracağıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.