"Beşiktaş"lı futbolçu Dusko Tosikin xanımı, serbiyalı müğənni Jelena Karleusa imicini dəyişib.
Daim uzun, sarı saçları olan Jelena onları kəsdirib. Saçlarını çəhrayıya boyayan ifaçı imic dəyişikliyindən sonra ərinin onu ilk öncə tanımadığını vurğulayıb.
Xatıqladaq ki, Karleusa bu yaxınlarda əri haqda maraqlı açıqlaması ilə yadda qalmışdı. O bildirmişdi ki, bir ildə Tosikin qazandığı məbləğdən daha çox pul qazanır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.