Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar - fotolar
Axşam.az xarici KİV-ə istinadən estetik əməliyyatla inanılmaz dərəcədə dəyişilən məşhurlar haqda məlumat verir:
1976-cı ildə 67 yaşında atletika olimpiadasında qızıl medal qazanan idmançı Brus Cenner 2015-ci ildə arvadından boşanıb və cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadına çevrilib. Bundan sonra o, özünə Ketrin Cenner adı götürüb.
Canes Dikenson bir zamanların ən gözəl modeli olub. Hətta “Vogue” jurnalının üz qabığında 37 dəfə çəkilib. Gənc olarkən döş xərçənginə tutulub. İlk əməliyyatı onda keçirib və xəstəlikdən birdəfəlik qurtulub. Daha sonra bir neçə dəfə estetik əməliyyatlar etdirən Canesin son halı görənləri məyus edir.
Məşhur televiziya aparıcısı Aaron Spellinqin aktrisa qızı Tori Spellinq ilk əməliyyatı 16 yaşında etdirib. Burnunu düzəltdirən və sinəsinə silikon qoyduran aktrisa nəticədən məmnun qalmasa da, amma artıq gec olub. Hazırda Tori 5 uşaq anasıdır.
Aktrisa kimi məşhurlaşıb, daha sonra moda ilə məşğul olmağa başlayan Meri-Keyt Olsen də uğursuz əməliyyat qurbanlarından biridir. Burun, dodaq, yanağındakı dəyişiklik daha çox onun sevənləri tərəfindən bəyənilmir.
Aktrisa Lindsi Lohan bir ara depresiyaya düşdü. Bundan sonra 31 yaşlı aktrisa estetik əməliyyat keçirmək qərarı verib və üzündə edilən dəyişiklik onu daha yaşlı göstərməyə başlayıb.
Əməliyyatla yaşından böyük görünən daha bir ulduz isə Meqan Foksdur. O, burun, dodaq, yanaq əməliyyatı etdirib.
Bella Thore ilk əməliyyatı 16 yaşında etdirib. Hazırda 20 yaşı olan Bella 4 il ərzində bir çox estetik dəyişikliklə məşhurlaşacağını zənn etsə də, sevənləri onun əvvəllər daha məsum göründüyünü qeyd ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.