banner
banner

Şou

Şöhrətin qapısını təsadüfən döydüyü məşhurlar - fotolar

Şöhrətin qapısını təsadüfən döydüyü məşhurlar

Axşam.az Türkiyə mətbuatına istinadən bəzi məşhurların tam təsadüfən şöhrət qazandıqları haqda məlumat verir:

Fahriye Evcen - Almaniyada yaşayan aktrisa tətil üçün Türkiyəyə gedib. Orada verilişlərdən birində tamaşaçı qismində əyləşib. Lakin Fahriyənin xarici görünüşü proqramın təşkilatçısının diqqətini çəkib və ondan nömrəsini alıb. Yenidən Almaniyaya qayıdan Evcenə seriala çəkilmək təklifi gəlib. O, ''Asla Unutma" və "Hasret" seriallarınd rol alsa da, ən böyük uğuru "Yaprak Dökümü"ndə Nejda obrazı ilə qazanıb. 



Merve Boluğur - çox utancaq, özünə qapalı olan Merve xalası qızının foto çəkdirdiyi bir agentliyə gedir. Orada aktrisa agentliyin rəhbərinin diqqətini çəkir. Fotoqraf Merveni müxtəlif pozlarda çəkdiyi fotolarla ona şöhrət qapılarını açıb. 



Hande Soral - "Komedi Dükkanı" serialını izləməyə gedən aktrisa qonaq qismində aktyor Tolga Çevik ile səhnədə 5 dəqiqə qalmaq əvəzinə 45 dəqiqə qalır. Bununla da o, serialın tışkilatçısının diqqətini çəkir. Təşkilatçı onu filmə çəkilib-çəkilməmək istəyini soruşur. Bununla da Hande "Küçük kadınlar"da aldığı rolu ilə şöhrət sahibi olur.



Burak Özçivit - atası oğlundan xəbərsiz onun şəkillərini model agentliklərindən birinə göndərib. Lakin yarışmanın münsifləri aktyoun fotolarını zibilliyə atıblar. Təsadüfən müsabiqənin təşkilatçısı Burakın şəkillərini zibillikdə görüb və bəyənib. O, yarışmada ikinci olub, bununla bugünki məşhurluğa imza atıb.



Hazal Kaya - "Genco" serialı üçün gənc aktrisalar axtarılıb. Hazal da özünün sınamaq qərarına gəlib. O, kastinqə qatıldıqda işıqlar sönüb və aktrisadan başqa bir gün gəlmək xahiş olunub. Lakin Kaya heç hara getməyib və işıqların yanmasını gözləyib. 5 dəqiqə sonra işıqlar yanıb, hazal öz bacarığını göstərərək serialda rol alıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.