2018-ci ildən elektron imza Azərbaycan vətəndaşları üçün pulsuz olacaq.
Bunu Trend-ə layihəyə yaxın mənbə bildirib.
Məlumatda qeyd olunur ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi gələn ilin yanvarından başlayacaq.
E-imzanın şəxsiyyət vəsiqələrinə inteqrə olunacağını nəzərə alaraq vətəndaşlar bu imzaları ödənişsiz şəkildə əldə edə bilər: "Yeni vəsiqələrdə elektron imza sertifikatının etibarlılıq müddəti 5 il təşkil edəcək. Bu müddət başa çatdıqdan sonra yalnız sertifikatın müddətini uzatmaq lazım olacaq. E-imzanın şəxsiyyət vəsiqəsinə inteqrə olunması üçün rüsum alınmayacaq"
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.