Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun gözlərini açıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər fevralın əvvəlində süni nəfəs aparatına qoşulan 21 yaşlı qızın səhhətinin getdikcə yaxşılaşdığını bildiriblər. Bobbi komadan hələ tam ayılmasa da, yaxınlarından biri onun bəzi hərəkətlər də etdiyini deyib.
Xatırladaq ki, bir müddət əvvəl qərb KİV-ində B.K.Braunun anasının ölüm ildönümündə - fevralın 11-də süni nəfəs aparatından ayrılacağı yazılmışdı. Kristinanın yaxınları artıq həmin informasiya vasitələrini yalan məlumat yaydıqlarına görə məhkəməyə verməyə hazırlaşırlar.
Qeyd edək ki, B.K.Braun həyat yoldaşı Nik Qordon tərəfindən vanna otağında huşsuz vəziyyətdə tapılmışdı. Müğənninin qızının başında şiş aşkarlanaraq süni nəfəs aparatına bağlanmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.