Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıq əsasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə risklər atlası hazırlamağa başlayırıq. Orada vacib məsələlərdən biri seysmologiya ilə bağldır.
Trend-in məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Livermore Milli Laboratoriyası (LLNL) və Enerji Departamentinin, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Şəbəkə İdarəetmə Sistemləri və Seysmologiya üçün Analitik Alətlər üzrə Təlim” adlı Beynəlxalq konfransda deyib.
F.Tağızadə bildirib ki, ölkənin inkişafı üçün infrastruktur yaratmaq baxımından seysmoloji risklər öyrənilməlidir: "Əgər risklər böyükdürsə, orada böyük infrastrukur işlərinə investisiya qoymaq düzgün deyil. Ümid edirəm ki, AMEA ilə birgə risklər atlasını hazrlayacağıq".
F.Tağızadə deyib ki, Fövqəladə Hallar Nazirliyi AMEA ilə sıx əməkdaşlıq edir: "Çünki 2012-2013-cü illərdə böyük zəlzələ nəticəsində ölkəyə xeyli ziyan dəyib. FHN bunların nəticələrinin aradan qaldrılması ilə sıx məşğul olub"
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.