banner
banner

Şou

Homoseksual olduqlarını etiraf edən Hollivud ulduzları - siyahı

Homoseksual olduqlarını etiraf edən Hollivud ulduzları

Axşam.az xarici KİV-ə istinadən Hollivudun homoseksual olduğunu etiraf edən məşhurların siyahısını təqdim edir:

“Oskar” mükafatçısı Kevin Speysi homoseksual olduğunu həmkarı Entoni Rappın ona təcavüz etmək istədiyini deməsindən sonra etiraf edib. O bildirib ki, həm kişilərlə, həm də qadınlarla romantik əlaqələrdə olub. Hazırda da həyatına homoseksual biri olaraq davam edir.



1984-cü ildə bir qadınla nikaha girən müğənni Elton Con 4 ildən sonra boşandı və həmcinslərindən xoşlandığını etiraf etdi. Con hazırda Devid Fönişlə evlidir və onların 2 övladı var.



Amerikalı komediya ustası Ellen DeGeneres 1997-ci ildə homoseksual olduğunu açıqladıqdan sonra televiziya dünyasından uzaqlaşıb. 2001-ci ildə görkəmində dəyişiklik edən Ellen 2003-ci ildən bəri milyonlarla tamaşaçının qarşısına ''Ellen'' adlı tok şou ilə çıxır. 2004-ci ildə aktrisa Portia de Rossi ile birlikdə olan Generes 2008-ci ildə Los-Ancelesdə onunla nikah masasına oturub.



Aktyor Conni Depin keçmiş həyat yoldaşı Ember Herd bir vaxtlar Mari DeVilep, ondan əvvəl isə başqa qadınlarla münasibətdə olması ilə gündəmə gəlmişdi. Ember özü homoseksual olduğunu verilişlərdən birində açıqlamış, amma qanun icazə vermədiyi üçün heç bir qadınla nikaha girə bilmədiyini vurğulamışdı.

Oscar mükafatı alan aktrisa Codi Foster 1998 və 2001-ci illərdə iki uşaq dünyaya gətirib. Uşaqlarının atası prodüser Cidney Bernarddır. Foster Bernard ilə yollarını ayırdıqdan sonra həmkarı Aleksandra Hedison ilə evlənib.



Porto-Rikolu müğənni Rikki Martin 2010-ci ildə olduqca cəsur bir addım atıb. O, homoseksual olduğunu etiraf edib: “'Xoşbəxt bir homoseksual kişi olduğumu söyləməkdən qürur duyuram” deyən Rikki isveçli sənətçi Yosef ilə evlənib.



Dünyanın ən seksual qadını sayılan aktrisa Meqan Foks da homoseksual olduğunu etiraf edib. O, boşandığı əri Brian Austin Gri ilə yenidən barışıb və 3-cü övladını dünyaya gətirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.