Səhər saatlarında metroda yaranmış problemin səbəbi məlum olub.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, saat 08:04-də metronun "Həzi Aslanov" stansiyasında qatarda texniki nasazlıq yaranıb:
"Problem qatarın 4-cü vaqonunun mühərrikində yaranmışdı. Ona görə də "Həzi Aslanov" stansiyasına qatar qəbul etmək mümkün olmadı. Problemin artmaması üçün "Əhmədli" və "Neftçilər" stansiyalarından qatarları digər xətlərlə geri göndərirdik ki, sərnişinləri aparsınlar. Həmin ərəfədə haradasa 7-8 dəqiqəlik interval yarandı, ancaq 15 dəqiqədən sonra iki dəqiqəlik intervalı yenidən bərpa etdik".
N.Paşayev bildirib ki, "Həzi Aslanov" stansiyasında problem qısa müddətdə aradan qaldırılıb:
"Saat 08:30-dan sonra qatarları qəbul etmək mümkün oldu və hər şey qaydasına düşdü"
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.