Azərbaycanda pasiyentlərə yeni hüquqlar verilə bilər
Azərbaycanda icbari tibbi sığorta tam tətbiq edildikdən sonra pasiyentlərə yeni hüquqlar verilə bilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, pasiyentlərin hüququ ilə bağlı yeni qanun layihəsinin işə düşməsi icbari tibbi sığortaya bağlıdır:
“İcbari tibbi sığorta ölkə ərazisində tam fəaliyyət göstərdikdən sonra bu qanun işləyə bilər. Hazırda Azərbaycanda pasiyentlərin sağlamlığı qanunla qorunur. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pasiyentin hüquqları öz əksini tapıb. Məsələn, xəstəxananı, həkimi seçmək, müalicə proqramı ilə tanış olmaq, öz sağlamlıq vəziyyətinin açıqlanmamasını tələb etmək və s. hüquqlar qanunda əksini tapıb. Amma digər hüquqlar da var - bahalı əməliyyatlar etdirmək və yaxud xaricə müalicəyə getmək, orqan köçürmək maliyyəyə bağlı olan məsələlərdir. Bunlar icbari tibbi sığortaya bağlı olan məsələlərdir”.
M.Quliyev bildirib ki, ölkədə icbari tibbi sığortanın tam tətbiqindən sonra yəqin ki, bu və digər məsələlərə yenidən baxılacaq, yeni qaydalar müəyyən ediləcək.
Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə kimi Mingəçevir və Yevlax şəhərlərində tətbiq edilir
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.