Sevgilisi ilə yaşadığı villanı ilk dəfə göstərdi - fotolar
Müğənni Bengü 5 ildir sevgili olduğu iş adamı Selim Selimoğlu ilə yaşadığı villanın qapılarını media üçün açıb. Cütlüyün 8 milyon lirəyə (təxminən 4 milyon AZN) aldığı evin dizaynını memar Ezgin Özmen verib. “Bu villanı görər-görməz “Bax, bu mənim xəyalını qurduğum evdir” dedim. Ən çox vaxt keçirdiyim otaq romantik qoxulu yataq otağımdır. İncəsənəti sevdiyimə görə evin bütün divarları rəsm əsərləri ilə doludur”,- deyə Bengü evi göstərərkən söyləyib.
Qeyd edək ki, Büngü ilə S.Selimoğlu yaxın zamanlarda ailə quracaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.