15 uşaq gələcəkdə sonsuzluq riskindən cərrahi əməliyyatla qurtulub. Modern.az saytıxəbər verir ki, əməliyyatlar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində icra olunub.
Bir gündə 15 kriptorxizmli uşaq üzərində orxipeksiya əməliyyatını icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan bu barədə məlumat verib:
“Hər bir uşaq diqqətli şəkildə araşdırıldıqdan sonra əməliyyata götürüldü. Bəzi uşaqlarda əvvəl keçirdikləri uğursuz əməliyyat nəticəsində problem təkrarlanmışdı. Təbii ki, təkrar əməliyyatlar daha mürəkkəb idi. Bütün bunlara baxmayaraq, heç bir xəstədə problem qeydə alınmadı. Xəstələr eyni gündə və ya ertəsi gün evə buraxıldı”.
Qeyd edək ki, kriptorxizm (xayaalrın enməməsi) uşaqlarda çox geniş yayılmış xəstəlikdir. Kriptorxizmli uşaqlar bir yaşa qədər əməliyyat olunmalıdırlar ki, gələcəkdə sonsuzluq problemi yaşamasınlar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.