banner
banner

Sosİal

Bu il 506 nəfər yeməkdən zəhərləndi - 3 nəfər öldü

Bu il 506 nəfər yeməkdən zəhərləndi

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 298 qida zəhərlənməsi baş verib.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 506 nəfər zərər çəkib.

Yanvar-oktyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib.

Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı ötən illin müvafiq dövrü ilə müqayisədə azalıb.

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydə alınan 547 qida zəhərlənməsi nəticəsində 817 nəfər zərər çəkmişdi. Ötən ilin 10 ayı ərzində 30 botulizm hadisəsi nəticəsində 37 zəhərlənmə qeydə alınıb, 1 nəfər dünyasını dəyişib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.