Xəbər verdiyimiz kimi, "Survivor All Star" yarışmasının iştirakçıları Dominik Respublikasına yollanıblar.
Axşam.az gecce.com-a istinadən xəbər verir ki, Özgecan Aslan cinayəti ilə bağlı yazdığı tvitə görə aparıcı Acun İlicalı tərəfindən yarışmadan uzaqlaşdırılan müğənni Nihat Doğanın əvəzinə adaya yollanacaq iştirakçı bəlli olub.
Belə ki, müğənninin əvəzinə futbolçu Ahmet Dursun proqrama qatılacaq.
Qeyd edək ki, Mərvə Oflaz, Almeda Abazi, Fulya Keskin, Turabi Çamkıran, Serenay Aktaş, Hilmi Cem, Paskal Numa, Sahra İşıq, Duyğu Çətinkaya, Hasan Yalnızoğlu, Nadya Zaqli, Ahmet Dursun, Anıl Tetik və Hakan Hatıpoğlunun iştirakı ilə veriliş 22 fevralda başlayacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.