"Övladıma kiçik yaşda səhnəyə çıxmağa icazə vermərəm" - 90-cı illərin "Küçük İbo"su
90-cı illərin məşhur uşaq müğənnisi "Küçün İbo" dərgilərdən birinə müsahibə verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əsl adı İbrahim Halil Küçük olan müğənni uzun müddət səhnə ilə vidalaşsa da, yenidən sənətinə qayıdıb.
O, konsertlər verdiyini və yeni mahnılar yazdırdığını vurğulayıb.
“Övladına 12 yaşında səhnəyə çıxmağa icazə verərsiniz” sualına İbrahim “Xeyr. Ona “Südünü iç, yat” deyərəm. Amma özüm o yaşda ifaçılığa başladığım üçün peşman deyiləm” cavabını verib.
Qeyd edək ki, “Küçük İbo” İbrahim Tatlısesin konsertində ilk dəfə səhnəyə çıxaraq ifasıyla uzun müddət gündəmdə qalıb.
Ailəsinin onu sənətdən uzaqlaşdırmaq təhdidlərinə boyun əyməyən İbo çıxardığı albomlarla rekord qırmağa başlayıb. "Küçük İbo" serialı ilə fanatlarının sayını artıran gənc oğlan yeniyetməlik dövründə ağır psixoloji gərginlik keçirdiyi üçün sənətdən uzaqlaşıb
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.