banner
banner

Sosİal

Azərbaycanın fındıq bağları təhlükədə

Azərbaycanın fındıq bağları təhlükədə

Azərbaycan fındığı Şimali Amerika da daxil olmaqla 25 ölkəyə ixrac edilir. Hazırda bu sahəyə böyük ziyan vuran mərmər taxtabiti dünyanın bir çox ölkələrində ciddi ziyanverici hesab olunur.

cİA.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, artıq Türkiyədə və Gürcüstanda qeydə alınan bu ziyanvericinin hər an respublikamıza keçmə təhlükəsi çox böyükdür. Belə bir hal müşahidə edilərsə, həşəratın ölkəmizə ziyan vuracağı qaçılmaz olacaq. Bu günlərdə Gürcüstanda həmin ziyanvericinin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr aparılıb. Tbilisidə "Qəhvəyi mərmər taxtabiti” mövzusunda təşkil olunan forumda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun entomoloq əməkdaşları - biologiya elmləri doktoru Xalid Əliyev, biologiya üzrə fəlsəfə doktorları, dosent İradə Nuriyeva və Şeyda Məhərrəmova ekspert kimi iştirak ediblər.

 

Zoologiya İnstitutundan Azərtac-a bildirilib ki, forumda ziyanvericinin Gürcüstanın müxtəlif kənd təsərrüfatı sahələrinə vurduğu ziyan və bu həşəratla mübarizə sahəsində görülən tədbirlər barədə məlumat verilib. Həmçinin dünyanın bir çox ölkələrindən dəvət olunmuş mütəxəssislər bu növlə mübarizədə gələcək iş planları ətrafında müzakirələr aparıblar.

 

Qeyd edək ki, vətəni Cənub-Şərqi Asiya olan mərmər taxtabiti polifaq növdür və 200-dən artıq bitki ilə qidalanır. Bu ziyanverici ABŞ-da ilk dəfə 1996-cı ildə qeydə alınsa da, artıq 2014-cü ildən etibarən ölkənin 34 ştatında və Kanadanın cənub vilayətlərində kənd təsərrüfatının müxtəlif sahələri üçün böyük təhlükə yaradıb. Həmçinin 2015-ci ildən etibarən artıq Rusiyanın rütubətli subtropiklərində, Gürcüstanda kütləvi şəkildə çoxalıb. Gürcüstan Kənd Təsərrüfat Nazirliyinin məlumatına görə, mərmər taxtabiti bu ölkədə fındığın məhsuldarlığına 60 faiz ziyan vurub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.