"Həyat yoldaşımın məndən 29 yaş kiçik olmasını...." Naibə Allahverdiyeva
"Hər Səhər Əkbərlə" həftəyə gözəl aktrisa Naibə Allahverdiyeva ilə başlayıb. Aktrisa 15 kiloqram arıqlamağı ilə diqqət çəkib. Bunun səhhəti ilə bağlı olduğunu qeyd edən Naibə Allahverdiyeva sənətindən də danışıb: "Bu günə qədər çox rollarda oynamışam. Ən yadda qalanı Tomka olub. Aktyor hansı rolla tanınırsa, ondan sonra nə qədər obraza çəkilsə də o bir rolla yadda qalır. Məndə də, "Yarımştat" teletamaşasında Tomka uğurlu olub. Hətta bəziləri adımın Tomka olduğuna inanırdılar. Bəziləri də, pəltək olduğumu düşünürdülər. Tomka maçı deyəndə az olmayıb".
Aktrisa uşaqlıqdan belə nazlı-qəmzəli olduğunu deyib: "Mən doğulanda gözlərim tez-tez sağa-sola qaçırdı, dayanmadan hərəkət edirdi. Adətən uşaq doğulanda heç nə görmür. Məndə əksinə olub. Həkim elə o vaxt deyib ki, böyüyəndə artist olacaq".
"Özünüzü gözəl hesab edirsiniz" sualına aktrisa "Qadın ürəyi" şeiri ilə cavab verib.
Həyat yoldaşı ilə yaş fərqinə də, aydınlıq gətirib: "Bəzi saytlar yoldaşımla aramda 29 yaş fərqi olduğunu yazıb. Amma bu doğru deyil. Hə, mən ondan böyüyəm, amma 5-6 yaş. Elə böyük fərq yoxdur. Bu fərq kənardan baxanda da bəlli olmur".
Necə arıqlaması hər kəs tərəfindən maraq edilən aktrisa bildirib ki, buna səbəb stress olub: "Ağır il oldu. Çox stress yaşadım. 82 kiloqramdan 66 kiloqrama düşdüm. Anamı itirdim. Stress, depresiyadan mualicə aldım".
Bəzi saytlarda yazılan ruhi xəstəliyə də aydınlıq gətirən aktrisa bildirib ki, yalan məlumatdır: "Rasim Balayev haqqında da belə yazılmışdı. Yalan məlumatdır. Depresiyaya düşdüm. Mərdəkanda mualicə mərkəzində nevrologiyadan müalicə aldım".
Sonda Əkbər gözəl aktrisanı tamaşaya geri qaytarıb. Onun üçün dolma və tort hazırlayan aparıcı, tamaşadakı kimi işığı söndürüb, samları söndürüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.