Bu gündən Bakıda Şaxta baba və Qar qız işə başlayacaq - İcazə verildi
Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün 5 cütlük müraciət edib.
Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Qurum rəsmisi bildirib ki, hazırda həmin müraciətlərə baxılır: "Müraciətlər araşdırılır. Onların fəaliyyətinə bu gündən 15-dən icazə verilir. Ola bilsin ki, yaxın günlərdə müraciətlərin sayı artsın. Daxil olan müraciətlər araşdırılacaq və onlara da müvafiq icazələr veriləcək".
Ə.Bağırov bildirib ki, indiyə qədər müraciət edən şəxslər paytaxtın müxtəlif ərazilərində quraşdırılan yolkaların ətrafında fəaliyyət göstərmək istəklərini bildiriblər. Sifarişlər əsasında evlərə gedən Şaxta baba üçün isə hələlik müraciət edən yoxdur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.