Aktyor Şahan Gökbakar xanımı Selin Gökbakarla İtaliyaya istirahətə yollanıblar. Tətildə çəkilmiş şəkilləri Şahan sosial media hesabında yerləşdirib. Fotolardan birində Selinin barmağındakı tək qaş üzük diqqət çəkib. Məlum olub ki, həmin üzüyü aktyor bu yaxınlarda xanımı hədiyyə edib. Üzüyün qiyməti 100 min dollar (təxminən 150 min AZN) dəyərindədir.
Qeyd edək ki, cütlük 2015-ci ildə Praqada ailə qurub. Onların 2 övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.