Merve Muradla Handenin sevgili olmasından danışdı: "Reklamdır"
Aktrisa Merve Boluğur 2 illik ailə həyatına son qoyduğu müğənni Murad Dalkılıç və yeni sevgilisi Hande Erçel haqda fikirlərini bölüşüb.
Aktrisa Muradla Handenin sevgisinə inanmadığını bildirib: “Muradı yaxşı tanıyıram. O qıza qarşı güclü bir şey hiss etdiyini düşünmürəm. Bu, bir reklamdır”. Qeyd edək ki, hazırda sevgili olduğu deyilən Hande Dalkçılıçın baş rolda çəkiləci filmdə onun tərəf-müqabili olacaq. Çəkilişlər yanvarda olacaq. Xatırladaq ki, Muradla baş rola daha əvvəl Merve çəkiləcəkdi. Lakin cütlüyün boşanmasından sonra müğənni baş rol təklifini keçmiş sevgilisi Ekin Türkmənə etmişdi. Ondan da “yox” cavabı alan ifaçı nəhayət filmə yeni sevgilisi ilə çəkiləcək. Hande yaxın ətrafına “Muradla filmə çəkiləcəyim üçün çox həyəcanlıyam” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.