Məşhur serialın qəhrəmanı görünüşü ilə təəccübləndirdi - fotolar
75-ci “Qızıl Qlobus” mükafatlandırma gecəsinin diqqət çəkən qonaqlarından biri də “Stranger Things” (“Qəribə işlər”) serialının balaca qəhrəmanı Milli Bobbi Braun olub. 3 il əvvəl çəkilən ekran işində “Eleven” xarakterinə can verən aktrisa görünüşü ilə hər kəsi şoka salıb. Belə ki, serialda oğlana bənzədilən 13 yaşlı Milli tədbirdə qısa qara libası və saç düzümü, makiyajı ilə göz oxşayıb. Daha çox uşaqların sevimli serialına çevrilən “Stranger Things”in digər uşaq obrazları da gecədə iştirak ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.