banner
banner

Sosİal

Əmək pensiyaları nə zaman veriləcək? - Nazirlikdən açıqlama

Əmək pensiyaları nə zaman veriləcək?

“Bakı şəhəri üzrə əmək pensiyaları sabah hesablara köçürüləcək”.

Bunu “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyi üçün əmək pensiyalarının Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün gecikib: "Köçülürmə yanvar ayının 16-da həyata keçiriləcək. Sonrakı mərhələdə maliyyələşdirmə, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa çatdırılacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda əmək pensiyalarının etibarlı maliyyə təminatı sistemi əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işlərinin cari ildə də normal qaydada davam etdirilməsinə imkan yaradacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.