"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi - fotolar
"Kanal D"də yayımlanan "Dostlar Mahallesi" serialının aktyoru Turan Özdemir vəfat edib. "Dondurmam Gaymak" filmi ilə daha çox yadda qalan aktyor İstanbuldakı evində ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Özdemir 1952-ci ildə anadan olub. Teatr aktyoru kimi fəaliyyət göstərsə də, 2001-ci ildən film və seriallara çəkilir. O, “Pis yedili”, “Cennet mahallesi”, “Geniş ailə” kimi seriallarda oynayıb.
2006-cı ildə "İlin ən yaxşı kişi aktyoru" mükafatına layiq görülüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.