Gizlicə ailə quran cütlük çimərlikdə belə əylənir - fotolar
Aktrisa-müğənni Mayli Sayrus və sevgilisi Liam Xemsvort Avstraliyada dincəlirlər.
25 yaşlı aktrisa ilə 28 yaşlı sevgilisi çimərlikdə paparazzilərə tuş gəlib. Ağ bikinidə olan Mayli ideal bədəni ilə diqqət çəkib. Liam da bədən quruluşu ilə daim idmanla məşğul olduğunu nümayiş etdirib. Gizlicə ailə qurduğu iddia edilən cütlük çimərlikdə uşaqlar kimi əyləniblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.