Buse ilə sevgili olan Alişan qorxusunu dilə gətirdi
Müğənni Alişan sevgilisi Buse Varolla İstinyeparkda görüntülənib. Xoşbəxt görünən cütlük gələcək planlarından danışıb. Alişan hər şeyin yaxşı getdiyini, valideynlərin bir-biri ilə tanış olduğunu deyib və nəzərdən qorxduğunu bildirib. O, "2018-ci ildə toy olacaqmı" sualına belə cavab verib:
"Allah bilir. Biz də istəyirik. Hələ ki, hər şey yolunda gedir. Amma nəzərdən qorxuram. Hamı "Maşallah" desin, göz dəyməsin".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.