Aktyor-müğənni Özcan Dəniz özündən 20 yaş kiçik hamilə sevgilisi Feyza Aktana keçmiş sevgilisi Buse Narcı ilə xəyanət etməsi xəbərinə açıqlama gətirib. Özcan haqqında çıxan məlumatların yanlış olduğunu bildirib. O, İnstaqram səhifəsində yazıb: "Bu gün haqqımda çıxan xəbərlər həqiqəti əks etdirmir. Oteldəki görüntülər isə montaj olunub. Oranın hara olduğu və mənim orada nə etdiyim bəlli deyil. Bu məsələ ailəmdən də gizli saxlanılmır. Ona görə bu məsələnin üstündə dayanmırıq". Məsələ ilə bağlı aktrisa Buse də açıqlama yayıb. O, mətbuat işçilərindən hər iki tərəfin ailəsinə hörmət etməyi xahiş edib: "Bu gün çıxan xəbərlər tamamilə əsassızdır. Onunla bir ildir görüşmürəm. Yaxınlarda uşağı olacaq. Ona görə hər iki ailəyə hörmət etməyinizi xahiş edirəm". Qeyd edək ki, bu gün Özcanla keçmiş sevgilisi Busenin otellərin birində görüşdüyü iddia olunub. Gizlicə görüşən keçmiş sevgililərin hətta görüntüləri yayılıb.
Xatırladaq ki, Dənizlə Narcı 1 il yarım əvvəl ayrılıblar. Ondan sonra aktyor Feyza ilə görüşməyə başlayıb. Hazırda 6 aylıq hamilə olan Aktanın oğlu dünyaya gələcək. Cütlük yaxınlarda nikah masasına oturmağı planlaşdırır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.