banner
banner

Sosİal

Valideynlərini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər

Valideynlərini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər

Azərbaycanda valideynlərinin hər ikisini itirmiş və yaxud valideyninin birini itirmiş, digəri ikinci qrup əlil olan 18 yaşına qədər şəxslərin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarılır.

Trend-in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı komitədə işlər gedir, xeyli materiallar toplanılıb.

 

H.Rəcəblinin sözlərinə görə, təxmini hesablamalara görə, Azərbaycanın təhsil müəssisələrində 100-dən artıq belə uşaq təhsil alır. H.Rəcəbli bu məsələnin komitənin gündəliyinə daxil edilməsinin məqsədəuyğun olduğunu bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.