Rayonlarda uşaqların psixi sağlamlığı yoxlanılacaq
Azərbaycanın 8 rayonunda uşaq psixi sağlamlıq bölmələri yaradılıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, uşaq psixi sağlamlıq bölmələri İmişli, Ağcəbədi, Masallı, Zaqatala, Şamaxı, Abşeron, Şəmkir və Kürdəmir rayonlarındakı Mərkəzi xəstəxanaların mbulator-poliklinika müəssisələrində (şöbələrdə) təşkil edilib. Həmin bölmələrə bu əmrin 1 nömrəli əlavəsinə uyğun olaraq təhkim olunmuş ərazi üzrə uşaqlara psixi sağlamlıq xidmətinin göstərilməsi üçün regional mərkəz funksiyası həvalə edilib.
Uşaq psixi sağlamlıq bölmələrinin tərkibinə rayon (şəhər) tibb müəssisələrinin mövcud ştat vahidləri və əmək haqqı fondu çərçivəsində həkim-psixiatr, loqoped, psixoloq, tərbiyəçi, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı və əmək terapiyası üzrə təlimatçı ştatları daxil edilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.