"Təyyarə qəzaya uğrasın, ölən təkcə Sinan olsun" - İrem
Müğənni İrem Derici musiqi studiyasından çıxarkən görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı çıxışda jurnalistlərin suallarını cavanlandırıb.
Makiyajsız olan İrem əvvəlcə çəkinsə də, sonradan üzünü gizlətməyib. O, “İndi üzümdə makiyaj yoxdur. Amma olsa belə, heç nə dəyişmir” deyərək media işçiləri ilə zarafat edib.
Daha sonra sənətçi işindəki yeniliklərdən danışıb. Derici bildirib ki, Mustafa Ceceli ilə oxuduğu yeni dueti 14 fevralda işıq üzü görəcək.
Jurnalistlərin “Sinan Akçılla İzelin dueti də 14 fevralda çıxacaq və Sinan mahnısının rəqibsiz olduğunu deyir. Siz nə düşünürsünüz” sualına İrem yenə zarafatla cavab verib:
“O gün təyyarədə olarkən həmin mahnıya qulaq asdım. Çox gözəldir. Hətta qısqandım. İstədim gedib pilota deyim ki, təyyarəni qəzaya uğratsın, amma ölən yalnız Sinan olsun”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.