banner
banner

Sosİal

Bayıla daxil olmaq olduqca qorxuludur... - Nazirlikdən xəbərdarlıq

Bayıla daxil olmaq olduqca qorxuludur...

Bayıl yamacında - Teleqülləninin yaxınlığında artıq çoxsaylı, müxtəlif ölçülü iri çatlar əmələ gəlib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, əvvəl ərazidə eni 1 metr, 1 metr 40 sm, dərinliyi 6-7 metrə çatan çatlar var idi. Amma artıq ərazidə 5, 10, 20 metrlik məsafə ilə çoxsaylı dərin çatlar yaranıb. Çatların görünən dərinliyi 10-12 metrə çatıb: “Çatlar müəyyən müstəvi boyunca irəliləyiblər. Artıq çatlar elə ölçüdədirlər ki, onun enini ölçmək çox çətin olub. Bu əraziyə hazırda daxil olmaq da çox qorxuludur”.

Ə.Qaralov qeyd edib ki, Bayıl yamacında yaranan yeni çatlar qırılma baş verdiyi dərə istiqamətində müşahidə edilir.

Nazirlik rəsmisi əlavə edib ki, sürüşmə sahəsindəki gərginliyin azaldığını demək olmaz.

Onun sözlərinə görə, ərazidə sürüşmənin fəallaşmasını yalnız yağıntılarla əlaqələndirmək düzgün deyil: “Bu prosesin səbəbini yağışla əlaqələndirmək olmaz. Yağışın bu prosesə təsiri olsa da, o, yalnız təsiredici amillərdən biridir. Sürüşməyə meyilli ərazi olduğu üçün yamacı kəsmək olmazdı”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.