banner
banner

Sosİal

Polislər yaralını həyata qaytardılar

Polislər yaralını həyata qaytardılar

Fevralın 14-də axşam saatlarında Ağdaş Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə bir nəfərin güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, bu barədə dərhal RPŞ-nin rəisi, polis polkovniki Rasim Mustafayevə məruzə olunub. Rəisin göstərişi ilə əməliyyat qrupu iki istiqamətdə yollanaraq araşdırmalara başlayıb. Hadisə baş verdiyi ünvana gedən əməkdaşlar zərərçəkmiş Sadiq Şaxmuradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş nəticəsində ağır yaralanmasını müəyyən ediblər.

Xəstəxanaya yollanan RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Azad Məmmədov yaralının çoxlu qan itirməsi səbəbindən vəziyyətinin kritik olduğunu öyrənib. Həkimlərin dediyinə görə, onun həyatını xilas etmək üçün təcili qan lazım idi. Amma lazım olan miqdarda qanı gecədən xeyli keçmiş Mingəçevirdəki regional Qan Bankından gətirilənə qədər çox vaxt aparacaqdı. Polis mayoru Azad Məmmədov, polis serjantı Elvin Eminovla birlikdə qan qruplarının yaralının qanı ilə uyğunluğunu öyrənib, onun həyatını xilas etmək üçün özləri qan vermək qərarlarını həkimlərə bildirirlər. 
Artıq əməliyyat olunan S.Şaxmuradovun vəziyyəti yaxşılaşıb.

Doğmaları, qohumları yaralının həyatını təhlükədən xilas edən polislərə minnətdarlığını bildirir.

Elə eşidib-bilənlər də hər zaman çətinə düşəndə polisə güvəndiklərini deyirlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.