Brilliant aparıcıları tənqid etdi: “Efir mədəniyyətindən...”
Müğənni Brilliant Dadaşova azərbaycanlı teleaparıcıları tənqid edib.
Musavat.com xəbər verir ki, Seda Sayanın proqramından bir görüntü yayımlayan müğənni onun qonağına qarşı olan diqqətini tərifləyib və yerli aparıcıları diqqətsiz olmaqda qınayıb: “Dostlar, sonra deməyin ki, niyə tez-tez televiziya proqramlarında görünmürəm?! Baxın, Seda Sayan öz proqramında qonaqlara necə diqqət yetirir… Bizim bir çox verilişlərimizdə aparıcıların efir mədəniyyətindən xəbər olmadığı üçün müğənni musiqi ifa edərkən o, başqa işlərlə məşğul olur. Bunun dəfələrlə şahidi olmuşuq. Əfsuslar olsun ki, efirdən bixəbər, səriştəsiz proqram aparıcılarımız günbəgün çoxalır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.