banner
banner

Sosİal

Bakı şəhər kartı yalnız paytaxtda işləyəcək, lakin Şəki, Qəbələdə...

Bakı şəhər kartı yalnız paytaxtda işləyəcək,

"Bakı şəhər kartı yalnız Bakı şəhəri üçün nəzərdə tutulub. Lakin Şəki, Qəbələdə də belə bir kart yaradılacaq".

Trend-in məlumatına görə, bunu "PASHA Travel" şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Zenqstşmit bildirib.

Onun sözlərinə görə, "PASHA Travel" şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid bildirib ki, hazırda Bakı şəhər kartı yalnız paytaxt üçün nəzərdə tutulub. Lakin Şəki, Qəbələdə də belə bir kart yaradılacaq.

 

F.Zenqstşmit əlavə edib ki, ilkin olaraq 1, 3 və bir həftəlik kartların hər birindən bir neçə min hazırlanacaq.

Kartın satış tarixi dəqiq müəyyənləşdirilməyib, lakin onun satışının bir neçə ay sonra olacağı gözlənilir. Kart əvvəlcə bir neçə məlumat mərkəzində satılacaq, daha sonra onun satışının Bakı Nəqliyyat Agentliyi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

F.Zenqstşmit bu layihənin "PASHA Travel" şirkəti tərəfindən maliyyələşdiriləcəyini, əldə olunan vəsaitin turizmin inkişafına sərf ediləcəyini açıqlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.