Hamilə Keyt qarlı havada yaz paltarı geyindi - fotolar
Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton “Royal Foundation”un forumuna qatılıb. Forum çərçivəsində sərgilərdə də iştirak edən 36 yaşlı hamilə hersoginya qarlı havaya baxmayaraq yaz üslubunda geyinib. Palto geyinməkdən imtina edən Keytin əynində “Orla Kiely”dən qara güllü don və dikdaban ayaqqabılar olub. Middltonun libasının qiyməti 675 dollaradır.
O, “kiki MCDonough”dan sırğa taxıb, “Jummy Choo”dan isə klaç çanta götürüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.