50 yaşlı model və aktrisa Pamela Andersonun keçmiş əri, rokçu Tommi Li böyük oğlu Brandon tərəfindən döyülüb. 55 yaşlı rokçu bu barədə sosial mediada şəkil paylaşaraq məlumat verib. O, dodağının partlamış fotosunu izləyiciləri ilə bölüşüb və yazıb:
"Qəlbim çox qırılıb. Həyatın boyu övladlarına istədiklərini verirsən, sonda sənə qarşı çıxa bilərlər. Afərin, brandon".
Qeyd edək ki, fotomodel dTommi ilə 1995-98-ci illərdə ailəli olub. Onların bu nikahdan 2 oğulları var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.