Aktrisa Tuvana Türkay müsahibə verib. Aktrisa rolu üçün ağlayarkən hansı hissləri keçirdiyindən danışıb: “Ağlamaq üçün “Babam və oğlum” filmindəki kədərli səhnələri izləyirdim. Volkan Konakın “Cərrahpaşa” mahnısını dinləyəndə də göz yaşlarım sel olur. Bunları yadıma salır, beynimdə ailəmi - anamla atamı "öldürürəm" və ağlayırdım. Ancaq gördüm ki, bu dərdlə xərçəng olacağam, başqalarının kədəri haqda düşünməyə başladım. Bu şəkildə ağlaya bilirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.