banner
banner

Sosİal

Bu həftə üç gün ardıcıl istirahət edəcəyik

Bu həftə üç gün ardıcıl istirahət edəcəyik

8 Mart - Beynəlxalq Qadınlar günü ilə bağlı Azərbaycanda daha bir gün qeyri-iş günü olacaq.

Oxu.Az xəbər verir ki, qanunvericiliyə görə qeyri-iş günü sayılan 8 mart bazar gününə, yəni istirahət gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə edilən düzəlişlərə əsasən, 9 mart – bazar ertəsi qeyri-iş günü hesab olunacaq.

Beləliklə, 7 mart tarixi də şənbə gününə təsadüf etdiyi üçün, 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Beləliklə, indi Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28-də (şənbə günü) daxil olmaqla, 9 gün ardıcıl qeyri-iş günüdür (martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ayın 25-i və 26-sı da qeyri-iş günlə sayılır).  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.