"Victoria's Secret"in mələklərindən olan Kandis Svenepol hər paylaşımı ilə sərvət qazanır.
Hesabında 12 milyon izləyicisi olan Kandis hər paylaşımından 70 min dollar əldə edir.
İllərdir "Forbes" jurnalının ən çox qazanan modelləri sırasında olan Svenepol 2003-cü ildə modelliyə başlayıb, 2010-cu ildən isə "Victoria's Secret" ailəsinə daxil olub.
Qeyd edək ki, Herman Nikolidlə ailəli olan 29 yaşlı model 2 uşaq anasıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.