Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyinin dəyişdirildiyi barədə xəbər vermişdik.
Səhiyyə naziri Oqtay Şirəliyevin bir müddət öncə imzaladığı əmrlə Faizə Əliyeva adıçəkilən institutun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən azad edilib. CİA.Az modern.az-a istinadən xəbər verir ki, Faizə Əliyevanın əmri çoxdan verilsə də, bu məlumat mətbuata dünən bildirilib.
Əməkdaşımıza o da məlum olub ki, Faizə Əliyeva daha bir vəzifədən azad olunub. Belə ki, o, Bakıdakı Puşkin küçəsində fəaliyyət göstərən Ailə Planlanması Mərkəzi klinikasının baş həkimi vəzifəsindən də çıxarılıb. F.Əliyevanın bu klinikadakı baş həkim vəzifəsindən çıxarıldığını mərkəzin işçiləri təsdiqləyiblər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.