Aktrisa Fahriye Evcen aktyor həyat yoldaşı Burak Özçivitə yeni qadağa qoyub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak 6 ildir siması olduğu şampun markalarından birinin reklam çarxına çəkilib. Bu dəfə onun tərəf müqabili dünyaca məşhur, roman müğənni İnna olub.
Fahriye əvvəlcə Burakın reklama İnna ilə çəkilməyinə razı olmasa da, sonradan aktryor xanımını razı sala bilib. Lakin Evcen 5 gün davam edən çəkilişdə həyat yoldaşını tək buraxmayıb.
Bundan başqa, o, Özçivitə sosial mediadan İnnanı izləməyi də qadağan edib.
Qeyd edək ki, Burakın bu reklamdan 1 milyon dollar alacağı bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.