Tanınmış model-aparıcı Çağla Şikel vergidən yayındığı üçün 3 ildən 5 ilədək həbs olunması xəbərinə münasibət bildirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model İnstarqram hesabında yazıb:
"Hörmətli media nümayəndələri, mən bu günə qədər vergiləri vaxtında ödəyən verdi ödəyicisi olmuşam. Ancaq keçmiş mühasibim Erdal Doğan vergiləri azaldaraq, oğurluq edib. Bunu yalnız vergi orqanlarından xəbərdarlıq gələndə bildim. Haqqımda İstanbul Cümhuriyyət Baş Prokurorluğuna şikayət edilib. Ancaq bununla bağlı vəkillərim lazımı işləri görür. xəbərsiz olduğum halda, mənə cəza kəsilməsi düzgün deyil. Buna görə çox rahatam. Bundan sonra vergi məsələləri ilə özüm məşğul olacam və vergiləri vaxtında ödəyəcəm".
Qeyd edək ki, Şikel bir müddət əvvəl də 1 milyon lirəyədək (təxminən 500 min manat) vergi borcu ilə üzləşmiş, buna görə mühasibini günahlandıraraq ondan şikayət ərizəsi vermişdi. Modelin mühasibi Erdal Doğan hələ də axtarışdadır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.