İngiltərədə yaşayan Racel Evans adlı qadın “Barbie” gəlinciyinə bənzəmək üçün 25 min dollarından (təxminən 39 min AZN) keçməli olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı qadın burun estetiyi, botoks, yanak dolğuları, göz altı torbalar və piy aldırtmaq üçün bir neçə dəfə bıçaq altına yatıb.
İki uşaq anası Evans hələ balaca ikən gəlinciklərə böyük meyli olduğunu bildirib. Lakin 30 yaşında o, “Barbie” kimi görünmək və onun kimi yaşamağa qərar verib.
Racel təkcə zahirən deyil, geyimləri və yaşam tərzi ilə də adıçəkilən gəlinciyə bənzəməyə çalışır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.